AZ

ChatGPT-dən ən çox kimlər istifadə edir?

"Appfigures" analitik şirkətinin hesablamalarına görə 2024-cü ildə smartfonlarda olan süni intellekt (Sİ) tətbiqlərinə istifadəçilər ümilikdə 1,42 milyard dollar yaxın vəsait xərcləyib. Bu, 2023-cü illə müqayisədə 274% çoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədqiqatçılar bu cür xidmətlərin əsas istifadəçilərinin kişilər olduğunu qeyd edir.

Məlumata görə, bazarın lideri "OpenAİ" şirkətinin "ChatGPT" çat-botudur. Onun gəlirləri digər populyar süni intellekt asistentləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çox olub.

Ümumilikdə mobil Sİ tətbiqlərinin bazarının ümumi gəlirləri 2 milyard dollar qiymətləndirilir və bu məbləğin 30%-ə yaxını "Apple" və "Google" payına düşür.

Əsas diqqət çəkən məqamlardan biri istifadəçi sayında gender baxımından uçurumun olmasıdır: "Appfigures" hesablamalarına görə, ChatGPT istifadəçilərinin 84.5%-i kişilər təşkil edir.

Milli.Az

Seçilən
3
16
milli.az

10Mənbələr