AZ

“Yazırlar ki, kökəlmisən, çirkinsən” - Nazilə

Şairə və qiraətçi Nazilə Səfərli izləyicilərdən ünvanına yazılan xoşagəlməz şərhlərə cavab verib.

OLAY yazır ki, sənətçi bununla bağlı instaqram səhifəsində videoaçıqlama yayımlayıb. 

“Bir paylaşım edirəm altında nə qədər insan (xoşagəlməz sözlər yazıldığını nəzərdə tutur – red.)... Sizə necə izah eləyim? Biri yazıb ki, kökəlmisən, digəri yazıb ki, çirkinsən. Biri yazır ki, oran pis, buran yaxşıdır. Xülasə... İnsanlarda eyib axtarmaq bu nə adətdir? Sizə elə gəlmir ki, insanlarda eyib axtarmaq daxili kasıblığınızdan, daxilinizin nə qədər eyib içərisində olmasından xəbər verir. Kim necədir sizə nə? Sizlə yaşamır, sizin ömür gün yoldaşınız, sizin evinizin və ürəyinizin insanı deyil.  Sizə nə kim necədir? İnsanın beyninə dəyər vermirsinizsə onun görünüşü sizin nəyinizə lazımdır? Beyinə dəyər vermək üçün isə beyin lazımdır”, - deyə Nazilə bildirib.

Qeyd edək ki, N.Səfərli hazırda Misirdə tətildədir. 

Seçilən
1
29
olay.az

10Mənbələr