Ötən gün Vaşinqtonda qəzaya uğrayan təyyarənin "qara qutu"ları tapılaraq deşifrə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Bu barədə ABC televiziyası məlumat yayıb.
Bildirilib ki, pilotların kabindəki söhbətlərini və təyyarənin uçuş parametrlərini qeydə alan qeydiyyatçılar Potomak çayından götürülərək Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına göndərilib.
Qeyd edək ki, yanvarın 30-u Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hadisə nəticəsində təyyarədə olan 64 nəfərin hamısı həlak olub, həmçinin helikopterdə olan dörd hərbçinin hamısı həyatını itirib.
Mənbə: oxu.az