Vaşinqtonda Potomak çayına düşən təyyarənin qara qutuları çıxarılaraq ekspertlərə təhvil verilib.
Redaktor.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumata görə, pilot kabinəsinin səs yazıcısı və uçuş məlumatlarının yazıcısı Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına (NTSB) aparılıb.
Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında "American Airlines" sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri toqquşub. Kanzas ştatının Viçita şəhərindən uçan American Airlines təyyarəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterin göyərtəsində ən azı üç hərbçi olub. Toqquşma nəticəsində hər iki təyyarə Potomak çayına düşüb. İndiyədək 28 nəfərin cəsədi sudan çıxarılıb. ABŞ səlahiyyətliləri sağ qalanların olmadığını söylədi.
Türkan İSGƏNDƏRLİ