AZ

Avrokuboklarda yeni rekordçu

“Tottenhem”in futbolçusu Miki Mur avrokuboklar tarixinə düşüb.

İdman.biz xəbər verir ki, hücumçu Avropa Liqasının Liqa mərhələsinin VIII turunun “Elfsborq”la matçında qol sevinci yaşayıb.

Görüşün 90+4-cü dəqiqəsində fərqlənən Mur avrokuboklarda qol vuran ən gənc ingiltərəli olub. O, 17 yaş 172 günlüyündə sevinib.

Miki Cimmi Qrivzin rekordunu qırıb. Əfsanəvi hücumçu 1957-ci ildə 17 yaş 245 günlüyündə fərqlənib.

Qeyd edək ki, “Tottenhem” “Elfsborq”a 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr