ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,62% artaraq 1 barelə görə 76,36 ABŞ dolları təşkil edib.
Ölkə.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,88% artaraq 1 barelə görə 73,37 ABŞ dollarına bərabər olub.