AZ

Rüşvətə görə həbs edilən hərbi komissarla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Demokrat.az  Pravda.az-a istinadən xəbər verir ki,  hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.  

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Seçilən
16
1
demokrat.az

2Mənbələr