AZ

FT: Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsi uğursuzluğa düçar oldu

Qərbin Rusiyaya qarşı apardığı iqtisadi müharibə uğursuz oldu, Moskva ona qarşı tətbiq etdiyi sanksiyaların ciddi nəticələrindən qaça bildi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

Nəşrin məqaləsində qeyd olunur ki, Rusiya iqtisadiyyatı Ukraynada davam edən xüsusi hərbi əməliyyat fonunda “Maliyyə Nazirliyi və Mərkəzi Bankın səlahiyyətləri (və kifayət qədər fəaliyyət azadlığı) ilə” dəstəklənir.

“Bu baxımdan Qərbin iqtisadi müharibəsi uğursuzluğa düçar olub”, – məlumatda deyilir.

FT-nin yazdığı kimi, Rusiya da neft sanksiyalarının iqtisadi nəticələrindən yayınıb. Üstəlik, Qərbin “effektiv sanksiyalar rejimi” yaratmaq üçün atdığı hər bir addım – istər birbaşa neft idxalına qadağa, istərsə də gəmiçilik və maliyyə xidmətlərinə məhdudiyyətlər olsun – Rusiya iqtisadiyyatı üçün “qaçış yollarının geniş açılması ilə müşayiət olundu”.

Seçilən
1
50
nocomment.az

10Mənbələr