AZ

Köhnə bazarın yeni ünvanı: "Keşlə bazarı" köçürülüb

Bir vaxtlar qızğın alış-verişin getdiyi "Keşlə bazarı"nın son satıcıları da bazarı tərk edir.

Modern.az-ın məlumatına görə, onlar üçün Dərnəgüldə yerləşən "Eurohome" tikinti malları bazarında xüsusi yer ayrılıb.

Artıq bir çox satıcı yeni bazarda fəaliyyətə başlayıb. 

Qeyd edək ki, fevralın 1-ə qədər "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi sökülməlidir. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır.

İTV-nin reportajını təqdim edirik:

 

Seçilən
0
28
modern.az

10Mənbələr