AZ

Qəzaya uğrayan təyyarənin qalıqları Potomak çayının dibindən çıxarılacaq

Yanvarın 30-da Vaşinqtonda qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqlarının Potomak çayının dibindən qaldırılması prosesi yanvarın 31-də davam etdiriləcək.

KONKRET.az “NBC” tekeviziya kanalına istinadən xəbər verir ki, bu barədə Kolumbiya Dairəsinin Yanğın və Təcili Tibbi Yardım Departamenti məlumat yayıb: “İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dalğıclarımız bütün əlçatan əraziləri araşdırıblar. Yanvarın 31-də  dalğıclar Milli Nəqliyyatın Təhlükəsizliyi Şurası ilə birlikdə təyyarə hissələrinin yerini tapmaq, təhqiqata kömək etmək və bərpa işlərinə başlamaq üçün əlavə axtarış əməliyyatları aparacaqlar”, – deyə məlumatda bildirilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr