AZ

Trump Qrenlandiya mövzusunda qətiyyətliidir

Bakı,TurkicWorld

ABŞ-ın Dövlət katibi Marko Rubio, Prezident Donald Trump-ın Qrenlandiyanı satın alma məsələsində "zarafat etmədiyini" və adanın ABŞ ərazilərinə qatılmasının ölkənin milli maraqları ilə uzlaşdığını bildirib.

TurkicWorld xəbər verir ki , Rubio, Prezident Trump-ın gündəmdən düşməyən Qrenlandiya və Panama Kanalını ABŞ himayəsi altına almağa işarə edən açıqlamalarını dəyərləndirib.

O. Trump-ın adanı satın alma məsələsində qətiyyətli olduğunu və bunun üçün lazım gələrsə hərbi gücdən istifadə edə biləcəyi ssenarisini də nəzərdən keçirdiyini vurğulayıb.

Çinin Panama Kanalı üzərindəki təsirinin ABŞ-ın milli maraqları üçün "risk" təşkil etdiyini müdafiə edən Rubio, Çinlilərin kanalın həm giriş, həm də çıxış nöqtələrini idarə edə biləcəyini söyləyib.

Panama Kanalının tikintisinə maliyyə dəstəyi verdiklərini və onun inşasında mühüm rol oynadıqlarını vurğulayan Rubio, bu strateji su yolunun ABŞ-a qarşı "təzyiq vasitəsi" kimi istifadə olunma ehtimalının ölkənin milli təhlükəsizliyi üçün ciddi risk daşıdığını bildirib.

Qeyd edək ki, Trump, 23 dekabr 2024-cü ildə Truth Social hesabında etdiyi paylaşımda, Qrenlandiyanın ABŞ-ın nəzarətində olması lazım olduğunu bir daha vurğulayaraq, adanın mülkiyyətinə və idarəçiliyinə sahib olmağın "mütləq bir zərurət" olduğunu bildirib.

Panama Kanalının ABŞ tərəfindən yenidən idarə olunması məsələsini də tez-tez gündəmə gətirən Tramp, "Çin Panama Kanalını idarə edir. Biz onu Çinə vermədik, Panamaya vermişdik və geri alırıq." - deyə qeyd edib.

Seçilən
1
6
turkic.world

10Mənbələr