AZ

Əhali banklara daha çox pul qoyub, az qazanırlar - Əmanət faizləri enir

Ötən ilin dekabr ayının sonuna olan məlumata görə, banklara 14 milyard 661 milyon 949 min manat əmanət yerləşdirilib.

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, son on ildə əhalinin banklara yerləşdirdi əmanətlərin həcmi 5 milyard 188 milyon 14 min manat və ya 54,7% artıb. Belə ki, 2015-ci ildə əhalinin banklardakı əmanətlərinin həcmi 9 milyard 473 milyon 935 min manat olub.

Bəhs olunan dövrdə banklarda yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi 4.37% olub ki, bu da, son on ilin göstəriciləri ilə müqayisədə 3,03% azdır. Belə ki, 2015-ci ilin sonunda əhalinin banklardakı əmanətlərinin orta faiz dərəcəsi 7,4% təşkil edib.

Hesablamalardan məlum olur ki, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi artsa da, orta faiz dərəcəsi azalır.

Əvəz Həsənov

Seçilən
0
16
valyuta.az

10Mənbələr