AZ

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək - Rəşad Cabirli

Bakı. Trend:

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadiinteqrasiyanı gücləndirəcək.

TrendTurkicWorld-əistinadən xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan sədri RəşadCabirli deyib.

"Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmilərinin üçtərəfligörüşü çərçivəsində imzalanan Ankara Bəyannaməsi Türk Dövlətləriarasında iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlib",- deyəCabirli bildirib.

29 yanvar 2025-ci ildə Azərbaycan, Türkiyə və Özbəkistan dövlətrəsmiləri arasında üçtərəfli görüş keçirilib. Nətiəcədə:

1. Orta dəhliz və Türk dünyasının qapısı olan Zəngəzur dəhlizivasitəsilə ticarət və yükdaşımalar daha effektiv olacaq.

2. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, logistikamərkəzlərinin yaradılması ticarət əlaqələrini asanlaşdıracaq.

3. TDT arasında rəqəmsal, enerji, infrastruktur və nəqliyyatkimi sahələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayəqoyuluşu inteqrasiyanı daha da sürətləndirəcək, ticarət dövriyyəsiartacaq.

4. Azərbaycanın azad edilmiş ərazilərinin inkişafı sütətlənəcək.Regionun bərpasına dəstək verilməsi iqtisadi canlanmaya və yeni işimkanlarının yaradılmasına kömək edəcək.

Qeyd edək ki, 29 yanvar 2025-ci ildə Azərbaycan, Türkiyə vəÖzbəkistan dövlət rəsmiləri arasında üçtərəfli görüş keçirilib.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında güclü stratejitərəfdaşlıq, qarşılıqlı hörmət, etimad, ortaq maraq və tariximədəni əlaqələr əsasında formalaşdığı vurğulanıb.

Bəyannamədə bildirilib ki, ölkələrin bir-birinin suverenliyi,ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına birmənalı dəstəktəsdiq edilib.

Bəyannaməyə ticarət, investisiya, sənaye, enerji, nəqliyyat vəlogistika, rəqəmsallıq və kommunikasiya sahələrində birgəlayihələrin hazırlanması və inkişafı daxildir.

2 avqust 2022-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənddəkeçirilmiş ilk görüşün nəticələrinin bu sahələrdə əlaqələrin dahada dərinləşməsinə töhfə verəcəyindən məmnunluq ifadə olunub.

Bəyannamədə üç ölkənin sərhədlərindən keçən Mərkəzi Dəhlizinəhəmiyyəti bir daha vurğulanıb, və həmçinin sözügedən dəhlizinTürkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialınınartırılmasındakı roluna da diqqət çəkilmişdir.

Bəyannamədə Avropa Qafqaz Asiya Nəqliyyat Dəhlizinin (TRACECA)gücləndirilməsi, onun fəaliyyətinin səmərəliliyinin vəsəmərəliliyinin artırılması yollarının qiymətləndirilməsi, mövcudşəraitdə mexanizmlərin tam effektivliyinin qorunmasının vacibliyiqeyd edilib.

Bəyannamədə ümumi maraq doğuran və prioritet təşkil edənregional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın artırılması əzmivə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirəcəkistənilən təşəbbüsə qarşı birgə fəaliyyətə dəstək vurğulanıb.

Seçilən
4
5
az.trend.az

6Mənbələr