AZ

ABŞ-da təyyarə qəzasından sonra çaydan çıxarılan meyitlərin sayı 40-ı ötüb

Bakı, 31 yanvar, AZƏRTAC

ABŞ-da təyyarə ilə helikopterin toqquşması nəticəsində baş vermiş qəzadan sonra Potomak çayından 40-dan çox meyit çıxarılıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Bildirilib ki, qəzaya uğramış “American Airlines” aviaşirkətinə məxsus təyyarənin qara qutuları tapılaraq yoxlanış üçün Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının laboratoriyasına göndərilib.

Baş vermiş qəzada sağ qalanların olmadığını söyləyən ABŞ Prezidenti Donald Tramp həlak olanların ailələri ilə görüşməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, yanvarın 30-da “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.

 

 

Seçilən
1
2
azertag.az

10Mənbələr