Vətəninfo.az “ xəbər verir ki, Hannover gömrük məmurları və Bielefeld prokurorluğu iki gün öncə beynəlxalq koordinasiyalı əməliyyatda böyük siqaret qaçaqmalçılığı şəbəkəsini aşkarladıqlarını açıqlayıb.
Məlumata görə, Almaniya polisi İranda istehsal olunan və Avropa limanlarına göndərilərək satışa çıxarılan qaçaqmalçılıq şəbəkəsinin üzvlərini saxlayıb. Belə ki, əməliyyat nəticəsində 7 nəfər Almaniyada, 2 nəfər Belçikada və 1 nəfər isə Hollandiyada həbs edilib.
Qeyd olunub ki, şəbəkə qaçaqmalçılıq yolu və vergi ödəmədən göstərdikləri fəaliyyət nəticəsində Avropa ölkələrinə ümumilikdə 550 milyon avro ziyan vurub. (Amerikanın Səsi)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta