AZ

Porno ulduz çəkiliş zamanı otelin balkonundan yıxılaraq ölüb

Braziliyada porno ulduz iki kişi ilə porno filmə çəkilərkən otelin balkonundan yıxılaraq ölüb...

Poliqon xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Nəşr yazır ki, internetdə Anna Polly kimi tanınan porno ulduz Anna Beatriz Pereira Alves “Nova İquasu” otelinin həyətində ölü tapılıb. 23 yaşında olduğu bildirilən OnlyFans modelinin iki kişi ilə porno çəkilişlər aparakın yıxıldığı güman edilir.

Bildirilir ki, iki nəfər yıxılmadan əvvəl baş verənlərlə bağlı ziddiyyətli açıqlamalar verib, lakin hadisə ilə bağlı heç kim həbs olunmayıb.

Polis araşdırmaları çərçivəsində otelin CCTV kameralarından gələn görüntüləri təhlil edir və studiya çalışanlarla artıq sorğu-sual keçirib. Alvesin mobil telefonu maddi sübut kimi götürülüb.

Ekspertizanın nəticələri hələ açıqlanmayıb və Alvesin orqanizmində cinsi təcavüz qurbanı olduğunu göstərən narkotik və ya hər hansı bir şey olub-olmadığı hələ aydın deyil.

İnternetdə Alves olduğu güman edilən və üzü qanlı vərəqlə örtülmüş cəsədin üzərində bir polis məmurunun dayandığını göstərən görüntülər yayılıb.

“İşlə bağlı bütün məlumatlar artıq polisin əlindədir və onlar araşdırır. Kimin günahı varsa, məsuliyyətə cəlb olunacaq, günahkar tapılacaq”, deyə Alvesin sevgilisi Pedro Henriko Braziliyanın “Quem” jurnalına deyib.

Poliqon.info

Seçilən
0
50
poliqon.info

10Mənbələr