"Azərbaycanda bir çox insan Fransa mədəniyyətinə və onun dilinə böyük hörmət bəsləyir. Ölkələr arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi və bu əlaqələrin qorunması hər iki xalqın marağındadır. Biz nə Fransanın tarixinə, nə də mədəniyyətinə qarşı mübarizə aparırıq".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, bu böhranın səbəbi Azərbaycan deyil:
"Azərbaycan həmişə sülhdə maraqlıdır".
Mərahim Nəsib
Mənbə: oxu.az