AZ

Tramp: “Rusiya və Çin liderləri ilə münasibətləri yaxşı gedir”

ABŞ prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə təmaslarının təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin bu sahədə vəziyyətin “çox yaxşı” inkişaf etdiyini qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən bu məsələlərin heç birinə şərh verməyəcəyəm, lakin biz hər iki məsələdə çox yaxşı işləyirik”, – ABŞ lideri qeyd edib.

Jurnalistlər Trampdan Vladimir Putinlə sonuncu dəfə nə vaxt danışdığını və onun Ukraynadakı münaqişəyə son qoymaq üçün kömək istəməsinə Si Cinpindən cavab alıb-almadığını soruşublar.

Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-ın Çinlə yenidən barışmaq istədiyini bildirmişdi. Siyasətçi əmin edib ki, ABŞ Çinlə dostluğa sadiqdir. Vaşinqton həmçinin ümid edir ki, Pekin Ukraynadakı münaqişənin həllinə kömək edə bilər.

Seçilən
0
2
nocomment.az

3Mənbələr