AZ

Kot d'Azur Universitetinin professoru: Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir

Bakı, 31 yanvar, AZƏRTAC

Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa keçmiş münaqişəyə münasibətdə neytral qalmağa çalışırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kot d'Azur Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.

O bildirib ki, Fransa vaxtilə AŞPA-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnaməsinin lehinə səs vermişdi.

Professorun sözlərinə görə, əvvəlki Fransa prezidentləri Nikola Sarkozi, Jak Şirak Azərbaycanla əlaqələrə üstünlük verirdilər. Amma hazırda Parislə Bakı arasındakı vəziyyət bir qədər dəyişib.

Bu böhranın da səbəbi 2018-ci ildə Emmanuel Makronun Ermənistana səfəri etməsi və Azərbaycana gəlməməsi ilə bağlıdır.

Seçilən
0
21
azertag.az

10Mənbələr