AZ

Bakı şəhərində və ətraf ərazilərdə 18 min parklanma yeri yaradılıb

Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunub ki, görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir.


Müəllif: Teleqraf.com
Seçilən
1
50
teleqraf.com

10Mənbələr