Demokrat.az xəbər verir ki, "Qalatasaray"ın Strahinja Pavloviçi transfer etmək üçün hərəkətə keçib. Türkiyə mənbələrinin məlumatına görə, “Milan” müdafiəçini birdəfəlik satmaq istəyir. Xəbərdə deyilir ki, Strahinja Pavloviç Milan Skrinyar və Dieqo Karlos transferlərindən əvvəl "Fənərbaxça"nın da gündəmində idi. Lakin, "Fənərbaxça" futbolçunun transferinə reallaşdırmayıb. "Qalatasaray" da bundan əvvəl Strahinja Pavloviçi transfer etməyə cəhd edib.