Süni intellektin inkişafı poeziya sahəsinə də təsirsiz ötüşmür.
News24.az xəbər verir ki, son illərdə inkişaf edən alqoritmlər kompüterlərə insanın duyğularını təqlid edərək, şeir yazmaq bacarığı qazandırmağa imkan verir. Amma süni intellektin şairlər kimi şeir yaza bilməsi və əsərə hiss, həyəcan qatması məsələsi hələ də mübahisələdir.
Şairlər duyğularını və həyat təcrübələrini şeirə yansıtsa da, süni intellekt yalnız verilən məlumatlara əsaslanaraq, yaradıcı prosesə nüfuz edir.
Bəs, süni intellekt bir şairin incə duyğularını, əhval-ruhiyyəsini və həyəcanını tam şəkildə ifadə edə bilərmi?
Süni intellektin şeir yazmasına RTV-yə münasibətini açıqlayan şair Qulu Ağsəs bildirib ki, süni intellektdən əvvəl də süni ədəbiyyat baş alıb, gedir.
Şair Şəhriyar del Gerani isə deyib ki, süni intellekt şeir yaza bilər, amma şair ola bilməz.
Ətraflı videonu təqdim edirik:
Xanım Cavanşirqızı