AZ

ABŞ konqresmenlərinə “DeepSeek”dən istifadə qadağan edildi


ABŞ konqresmenlərinə Çinin süni intellektli (AI) “DeepSeek” çatbotundan istifadə etmək qadağan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ Konqresinin Nümayəndələr Palatasının departamentlərinə göndərilmiş məktuba istinadən məlumat yayıb.
“DeepSeek” hazırda ABŞ Nümayəndələr Palatası tərəfindən nəzərdən keçirilir və hazırda rəsmi istifadə üçün təsdiqlənməyib”, - deyə məktubda bildirilib.
Yeni qaydaya görə, konqres üzvlərinə “DeepSeek”i istənilən iş telefonu, kompüter və ya planşetdə quraşdırmaq qadağandır.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın Məlumatların Mühafizəsi Təşkilatı da Çinin “DeepSeek” proqramının bloklanmasına göstəriş verib. Tənzimləyicinin bəyanatında deyilir ki, buna səbəb Çin şirkətinin İtaliyada fəaliyyət göstərməməsi və Aİ qaydalarına tabe olmamasıdır.
Xatırladaq ki, Çin “DeepSeek” şirkəti yanvarın 20-də R1 çatbotunun yeni versiyasını buraxıb. Bazarlar yeni məhsula kəskin reaksiya veriblər: Belə ki, Amerika texnologiya indeksi “Nasdaq”ın səhmləri 3%-dən çox, “OpenAI” üçün bahalı çiplər tədarükçüsü olan “Nvidia”nın səhmləri isə 16,86% ucuzlaşıb.
Seçilən
1
yeniavaz.com

1Mənbələr