“Nikol Paşinyanın sonuncu bəyanatları onun komandasının şərhinə görə, yalnız bir məqsəd güdür: hər vəchlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək və onun rəğbətini qazanmaq”.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin hakimiyyətdaxili mənbələri iddia edirlər ki, Paşinyan Ərdoğanla birbaşa əlaqədədir və onu inandırmağa çalışır ki, Azərbaycanla sülh sazişini imzalamaqda maraqlıdır. İddia olunur ki, bu sənəd Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası (VM) üçün seçkilərə getmək və hakimiyyətdə qalmaq uğrunda hava-su kimi vacibdir:
“Məsələ ondadır ki, bütün sorğular hakimiyyətin reytinqinin tarixi minimuma düşdüyünü göstərir. Əgər vəd olunan sülh müqaviləsi imzalanmasa və sabit sülh təmin olunmasa, Paşinyan iqtidarının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur. Keçən seçkilərdə də o, sülh şüarları ilə seçiciləri aldatmış, müxalifətə qarşı təbliğat apararaq onları müharibə tərəfdarı kimi təqdim etmişdi. Əlbəttə, hər hansı bir sənədin real sülh gətirib-gətirməyəcəyi mübahisəli məsələdir, lakin VM üzvləri özlərini buna inandırıblar ki, bu müqavilə onların yeganə xilası və hakimiyyətdə qalmaq üçün son ümidləridir”.
Rafi Müslümov