AZ

ABŞ hərbçilərinin Çinin bu tətbiqinə girişi qadağan edildi

Pentaqon əməkdaşlarının Çinin “DeepSeek” çat-botuna girişini əngəlləyir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Pentaqondakı mənbəsinə istinadla məlumat yayıb.

Pentaqon əməkdaşlarının çat-bota girişi təhlükəsizlik səbəbi ilə məhdudlaşdırılıb.

“DeepSeek”in istifadəçi məlumatlarını Çindəki serverlərdə saxladığı bildirilir.

Qeyd edək ki, ABŞ hərbi qulluqçuları “DeepSeek”in ilkin versiyasını hələ 2024-cü ilin payızında yükləyiblər.
Seçilən
5
2
sherg.az

4Mənbələr