"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandasının Avropa Liqasının Liqa mərhələsindəki çıxışından danışıb. Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. “Əvvəldən hər şey bizim əleyhimizə idi. Yeni turnir formatı çətin idi. Püşkatma çətin oldu. Ferdinin son anda meydana çıxmasından sonra əvəzetmə edə bilmədik. Yeni gələnləri siyahıya daxil etməyə vaxtımız olmadı. Siyahıda olan futbolçular zədəli, siyahıda olmayanlar isə yaxşı vəziyyətdə idi. Diskvalifikasiya olunmuş futbolçular var idi. Mert Müldur məişət qəzasında yaralanıb. Amrabat və Osayi sarı vərəqə topladığı üçün matçı buraxıblar. Biz cəmi 13 oyunçu ilə gəldik, lakin meydançaya çıxan hər kəs heyrətamiz iş gördü. Mən onlarla çox fəxr edirəm. Və dediyim kimi, azarkeşlər də qürur duymalıdırlar" - klubun rəsmi saytı Mourinyodan sitat gətirir. “Fənərbaxça” 24-cü pillədə qərarlaşıb və Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.