Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb.
"Football-plus.az" xəbər verir ki, avrokuboklarda həftənin oyunlarından sonra ölkənin mövqeyində dəyişiklik olmayıb. Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda Yunanıstanda "Olimpiakos"a uduzan (0:3) "Qarabağ" ölkəmizin (19.625) əmsalına fayda verə bilməyib. Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.343) 29-cu sıradadı.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta