Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ı baş məşqçisi Stiven Cerrardı istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflərin müqaviləni qarşılıqlı razılığı əsasında ləğv etdikləri bildirilib.
İngilis mütəxəssis 2023-cü ilin yayında “Əl-İttifaq”a baş məşqçi təyin olunmuşdu. Əvvəllər Cerrard "Aston Villa" və "Reyncers"ə də rəhbərlik edib.