AZ

Rusiya Putinə sui-qəsd cəhdi ilə bağlı dünya ölkələrinə müraciət göndərəcək


Dövlət Duması Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı məlumatların araşdırılması üçün əksər ölkələrə müraciət göndərəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski “Rossiya 24” telekanalının efirində bildirib.
“Biz müraciətimizi dünyanın bir sıra parlamentlərinə göndərmişik və yəqin ki, bütün dünya parlamentlərinə göndərməyə çalışacağıq”, - komitə sədri bildirib.
Slutski eyni zamanda obyektiv və qərəzsiz araşdırma aparılmasının zəruriliyini bəyan edib.
Qeyd edək ki, yanvarın 30-da Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Konqresinə ABŞ-nin keçmiş prezidenti Cozef Baydenlə ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken arasında Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd cəhdi ilə bağlı müzakirə barədə məlumatla bağlı müraciət göndərib.
Seçilən
1
16
yeniavaz.com

10Mənbələr