AZ

Azərbaycan diasporunun üzvləri Kurqanda NİYƏ SAXLANILDI?

Rusiyanın Kurqan vilayətində polis əməkdaşları Azərbaycan diasporunun üzvlərini saxta gəlir arayışları ilə saxlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verilib.

“Ötən il A.S. adına Dövlət Rus Dili İnstitutunun mütəxəssisi barəsində cinayət işi məhkəməyə göndərilib. Eyni zamanda, əcnəbilərə Rusiyada leqallaşma üçün lazım olan icazələri almaq üçün imtahan verməkdə köməklik edən Azərbaycan diasporunun nümayəndəsi də saxlanılıb. Bundan başqa, azərbaycanlıların qondarma 2-NDFL sertifikatı verməsi faktları əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə 6 cinayət işi açılıb”, - deyə məlumatda qeyd olunub.

Onları 10 ilə qədər həbs gözləyir.

Hüseyn
XəzərNews.az



Xəbər 4 dəfə oxunub.
Seçilən
1
50
xezernews.az

10Mənbələr