AZ

Tramp: “ABŞ Suriyanın problemlərinə qarışmamalıdır” – ÖZƏL

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun Suriyanın problemləri ilə məşğul olmamalı olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ administrasiyası qoşunların bu ölkədən çıxarılması məsələsinə dair qərar qəbul edəcək.

"Mən bilmirəm bunu kim deyib, amma biz bununla bağlı qərar verəcəyik", - Tramp İsrail mediasında ABŞ qoşunlarının Suriyadan çıxarılmasının İsraili narahat etdiyinə dair yayılan xəbərləri şərh edərkən bildirib.

"Biz Suriyadakı vəziyyətə müdaxilə etmirik. Bu, onların problemləridir. Orada kifayət qədər çətinliklər var. Onlara bizim qarışmağımız lazım deyil", - deyə Tramp əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
8
olaylar.az

10Mənbələr