AZ

Gənclərin vətənpərvər ruhda yetişməsi necə təmin edilə bilər? QHT sədrindən AÇIQLAMA

Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, karate üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi, Gömrük Komitəsinin yanında İctimai Şuranın üzvü Müqamət Süleyman oğlu Əliyev (Muğan) Gənclər Günü ilə bağlı QHT.az-a verdiyi açıqlamada qeyd edib ki, gənclərin vətənpərvər ruhda böyüməsi, pis vərdişlərdən uzaq durması və milli mənəvi dəyərlərin qorunması cəmiyyətin inkişafında vacib rol oynayır. Gənc Vətənpərvərlər İctimai Birliyi, bu istiqamətdə uzun müddətdir müxtəlif layihələr həyata keçirərək gəncləri doğru istiqamətə yönəltmək məqsədini güdür.

O, qeyd edib ki, Gənc Vətənpərvərlər İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanda gənclərimizin vətənpərvər ruhda yetişməsi üçün böyük səy göstərir:

"Gənc Vətənpərvərlər İctimai Birliyi, Azərbaycanın ən çətin günlərini yaşayıb. Bu çətin günlərdən biri də pandemiya dövrü, eyni zamanda pandemiyadan sonra, 27 sentyabr 2020-ci ildən 8 noyabr 2020-ci ilə qədər davam edən 44 günlük müharibə idi. İlk olaraq bir zabit olaraq qeydiyyatdan keçmişdim və məsləhət görmüşdülər ki, arxa cəbhədə, İnformasiya Müdafiə Nazirliyinin verdiyi məlumatları sosial şəbəkələrdə yayımlayaq. Buna nail olduq. Hesab edirəm ki, mən bu günləri çox qalib bir ölkənin vətəndaşı olaraq danışıram. Həqiqətən də Gənclər Günü bu günümüzdə, ulu öndərimiz Allah rəhmət eləsin, 2007-ci ildə 2 fevral tarixini Gənclər Günü elan etdi və bu gənclər ili hər il yüksək səviyyədə davam etdirilir. Amma son illərdə, gənclər günü ilə bağlı təbliğat və təşviqat işlərinin, sosial şəbəkələrdə, eyni zamanda müxtəlif tədbirlərin keçirilməsini çox az görürəm, və bu da məni düşündürür. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının ilk üzvü olaraq, eyni zamanda onun təbliği ilə bağlı potensial qüvvəyə malik istedadlı gənclərin üzərinə çıxarılması Gənc Vətənpərvərlər İctimai Birliyinin böyük rolu olub və bu danılmazdır".

QHT sədri həmçinin bildirib ki, 30 yanvar tarixində Milli Məclisdə hesabat xarakterli müzakirələr aparıldı və qarşıdan gələn bir çox məsələlər gündəmə gəlmişdi, gündəmdə olan məsələlərdən biri də gənclərimizin pis vərdişlərdən uzaq olmasının vacibliyi idi: 

"Cənab Prezidentimiz hər zaman deyir ki, əlaqədar təşkilatlara və üzünü tutaraq bütün gənclərə deyir ki, vətənpərvər olmaq lazımdır. Bu hisslərin aşılanmasında respublikada fəaliyyət göstərən təşkilatların çox önəmli addımlar atması lazımdır. Dövlət gənclər siyasətinin ən prioritet istiqamətlərindən biri, gənclərin vətənpərvər ruhunda böyüməsidir və bu, təbliğat və təşviqat işlərinin aparılması ilə mümkündür. Keçirilən sorğularda qalib bir ölkənin nümayəndələri, yəni gənclər bir tərəfdən belə bir sual verdilər: əgər səfərbərlik yenə də olarsa, hansı bölgəni seçərsiniz? Cavablar da göstərdi ki, xidmətdə seçim olmur. Hər zaman cənab Prezidentimizin bütün çağırışına qoşula bilərik. Bir Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq biz də cənab Prezidentimizin apardığı daxili və xarici siyasəti dəstəkləməklə yanaşı, onun verdiyi tövsiyələri və mesajları da qəbul edirik. Son zamanlar Azərbaycana qarşı antidövlət işləri aparanların, din pərdəsi altında böyük mesajlar göndərməsinin qarşısını almaq üçün çox ciddi tədbirlər görülməlidir".

 

Pərvanə Fərhadqızı

QHT.az

"

Seçilən
1
7
qht.az

10Mənbələr