AZ

"Şomurodov məni bəzən əsəbiləşdirir"

"Roma"nın baş məşqçisi Klaudio Ranyeri Almaniyanın "Ayntraxt"ı ilə Avropa Liqası matçından sonra komandanın hücumçusu Eldor Şomurodov haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Football-Italia" mütəxəssisin dediklərini belə çatdırıb.

 “Mən Şomurodova dedim ki, o, komandada qalacaq. Komandada hər kəs onunla yaxşı davranır. Meydanda hər şeyini verir. Bu oğlan həmişə gülümsəyir, bu da bəzən məni qəzəbləndirir. Ona dedim ki, komandadan getsən, kimə əsəbiləşəcəm?" 

Hücumçu qollardan birini vurmaqla italyanlar 2:0 hesablı qələbə qazanıb.

Avropa Liqasının ümumi mərhələsinin yekunlarına görə, "Roma" turnir cədvəlini 15-ci yerdə başa vurub. Ranyerinin komandası pley-off matçlarında iştirak edəcək.

Seçilən
0
9
90deqiqe.az

10Mənbələr