AZ

Yasamalda kremli və qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Yasamal rayonu, M.Xiyabani küçəsində “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Operatgiv Media-ya verilən məlumata görə, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlanıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.

Seçilən
7
29
operativmedia.az

10Mənbələr