AZ

Bakı və Bakı ətrafında tikiləcək yeni yollar - TAM SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqram çərçivəsində paytaxt və ətraf ərazilərdə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

Avtosfer.az xəbər verir ki, genişmiqyaslı layihələr sırasında Bilgəh−Novxanı−Xırdalan, Binəqədi−Novxanı, Sabunçu−Sulutəpə və Mehdiabad−Baksol kimi əsas marşrutlar üzrə yeni yolların tikintisi yer alır. Bundan əlavə, Bakı dairəvi yolları ilə paytaxtın mərkəzi hissələrini əlaqələndirən yeni yol ötürücüləri və tunellər də tikiləcək.

Eyni zamanda, paytaxt ətrafındakı yaşayış massivlərinin daha rahat nəqliyyat imkanları ilə təmin edilməsi üçün Xırdalan, Masazır və Mehdiabad kimi ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi həyata keçiriləcək.

Daha detallı aşağıdakı cədvəldə:

Tədbirin adı

İcra

müddəti

1

Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolunun tikintisi və istismara

verilməsi

2025−2026

2

Binəqədi−Novxanı avtomobil yolunun tikintisi və istismara verilməsi

2025−2030

3

Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun

layihələndirilməsi, tikintisi və istismara verilməsi

2025−2030

4

Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun

layihələndirilməsi, tikintisi və istismara verilməsi

2025−2030

5

Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunun tikintisi

və istismara verilməsi

2025−2030

6

Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun tikintisi

və istismara verilməsi

2025−2030

7

Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək

olan hissəsinin tikintisi və istismara verilməsi

2025−2026

8

Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi

və istismara verilməsi

2025−2030

9

Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirəcək yol

ötürücülərinin tikintisi, “Excelsior” mehmanxanasının qarşısındakı yol qovşağının təkmilləşdirilməsi və

istismara verilməsi

2025−2030

10

Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun

tikintisi və istismara verilməsi

2025-2030

11

Tbilisi prospekti−Akademik Həsən Əliyev−Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yol qovşağının texniki əsaslandırmasının

hazırlanması və tikintisi

2025−2030

12

20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması

2025−2026

13

M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlif səviyyəli yol ötürücüsünün

tikintisi və istismara verilməsi

2025−2030

14

Xırdalan şəhərinin M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları

şəbəkəsinin təkmilləşdirilməsi

2025−2026

15

M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol

ötürücüsünün tikintisi və istismara verilməsi

2025−2030

16

M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun altında iki tunelin və

M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan M-4

Bakı−Şamaxı−Yevlax avtomobil yoluna Şamaxı istiqamətində çıxışı təmin

edən dairəvi yolayrıcının tikintisi

2025−2030

17

M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və I mədən küçəsinin kəsişməsində (“Xırdalan dairəsi”) yol ayrıcının

təkmilləşdirilməsi

2025−2026

18

Ə.Salamzadə küçəsindən Ziya Bünyadov

prospektinə keçidin təkmilləşdirilməsi

2025−2026

19

Mir Cəlal küçəsindən Biləcəri qəsəbəsi istiqamətində avtomobil

yolunun tikintisi

2025−2030

20

Xırdalan şəhəri (Nizami Gəncəvi küçəsi)

M-1 Bakı−Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu və Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil

yolunun tikintisi

2025−2030

 

 

Seçilən
1
24
avtosfer.az

10Mənbələr