Ukrayna hakimiyyəti Azərbaycandan Avropaya qaz nəqli imkanlarını araşdırmağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso TA3 telekanalının efirində bildirib.
Baş nazirinin sözlərinə görə, Ukrayna tərəfi Bratislavanın prezident Vladimir Zelenskiyə göstərdiyi “böyük təzyiq” altında belə bir perspektivi nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Fitso Avropa üçün ən ağlabatan həll yolunun Ukraynanın Rusiya qazının tranzitini bərpa etmək olduğunu qeyd edib. O, Ukrayna hakimiyyətinin tranziti dayandırmaq qərarının fəlakətli nəticələrə gətirib çıxardığını bildirib və bunun artıq Avropa istehlakçıları üçün qazın qiymətinə təsir etdiyini deyib.
Qeyd edək ki, dekabrın ikinci yarısında Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiya qazının Avropaya nəqlini dayandırdığını bəyan etmişdi. Həmin vaxt Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Rusiya qazının tranzitini uzatmaq niyyətində olmadığını açıqlamışdı.
Lalə, BakuPost