Demokrat.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov Feysbuk hesabında qeyd edib.
O bildirib ki, proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır:
“Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir. Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mobilliyin gücləndirilməsi kimi tədbirlərlə yanaşı, piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu, özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında “yaşıl” və “qırmızı” xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur”.
V.Bayramov əlavə edib ki, proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı, tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur:
“Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu, fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir. Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir ki, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir.
10Mənbələr
-
news24.azBakıda iş saatları dəyişəcək: bundan sonra... - DETALLAR ( 15169113)
-
moderator.azBakıda iş saatları dəyişəcək - Yeni proqramın detalları açıqlandı ( 15169457)
-
publika.azBakıda iş saatları dəyişəcək: bundan sonra... ( 15168869)
-
valyuta.azYeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı? ( 15168155)
-
teleqraf.comBakıda iş saatları dəyişəcək - Yeni proqramın detalları açıqlandı ( 15167839)
-
demokrat.azYeni Dövlət Proqramı: Bakıda sıxlıq azalacaq? ( 15162951)
-
ulusum.azYeni Dövlət Proqramı: Bakıda sıxlıq azalacaq? ( 15161907)
-
visiontv.azBakıda nəqliyyat sıxlığını necə azaldacaqlar? ( 15161471)
-
ikisahil.azNəqliyyat sahəsində yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaq? ( 15161143)
-
publika.azYeni Dövlət Proqramı: Bakıda sıxlıq azalacaq? ( 15161077)