AZ

Ərdoğan 3 ildir bu qərarı imzalamır: Türklər onu gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən planlaşdırılan Sefaköy-Beylikdüzü metro xətti layihəsini təsdiqləməyib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Sefaköy-Beylikdüzü (TÜYAP) Metro xətti üçün 2021-ci ildən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən marşrut, fizibilite və layihə işləri tamamlanıb və müvafiq qurumlara müraciətlər edilib.

Sonradan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Yaşıl Şəhər Fəaliyyət Planı (GCAP) memorandumu imzalanıb. 19 iyul 2022-ci il tarixində yekun layihələr və xəttin texniki-iqtisadi əsaslandırılması Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən təsdiq edilib.

Lakin 5 sentyabr 2022-ci il tarixində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) Hesabatı qəbul edildikdən sonra 2025-ci ilə qədər 6 dəfə Dövlət İnvestisiya Proqramına daxil olmaq üçün müraciət edilsə də, heç birinə müsbət cavab verilməyib.

İBB bölgənin bir çox yerində "prezident imzası"nı gözləyən proseslə bağlı plakatlar yerləşdirib. Vətəndaşlar hazırki vəziyyətlə bağlı şikayətlərini dilə gətiriblər.Onlar bu qərarın təsdiqi uzanarsa tıxacların artacağını bildiriblər.

Fidan
Milli.Az

Seçilən
1
50
milli.az

10Mənbələr