AZ

Çində balıq “su pərisi”nin başını dişləyib

Pekin, 31 yanvar, AZƏRTAC

Çinin Yunnan vilayətində əyləncə mərkəzində sualtı şou zamanı balıq anidən “su pərisi”nə hücum edib.

AZƏRTAC xəbər verir ki, Çin Yeni ili bayramı ilə əlaqədar yanvarın 29-da keçirilmiş şou zamanı iri balıq “su pərisi”nin başını dişləyib. Özünü itirməyən “su pərisi” başını balığın ağzından çıxarmağa nail olub. Rusiyadan olan “su pərisi” yüngül xəsarət alıb.

Hadisəni turistlər telefon vasitəsilə çəkib, sosial şəbəkələrdə yayıblar. Əyləncə mərkəzi açıqlama yayaraq, “təqsirkarın” nərə balığı olduğunu bəyan edib. “Su pərisi” şousu isə bərpa olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
3
39
azertag.az

10Mənbələr