Müğənni Xatun Əliyeva efirdə eşq yaşadığını etiraf edib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb.
Xatun şəxsi həyatında yaşadıqlarını bu sözlərlə dilə gətirib:
“Mənə o huzuru veriblər. Aşıq olmaq deyəndə ki, mən vurulmuşam. İstəyirəm ki, məni sevən bəy məni özüm kimi sevsin. Məni dəyişdirməyə çalışmasın. Mən səhnədə olan xanımam. O məni illərdir ki, izləyir. Məni efirlərdə, kliplərimdə görüb. Niyə axı sən gəlib məni dəyişdirirsən? Onsuzda mən dəyişməyəcəyəm. Məni özüm kimi sevib, dəyər verən həmin o bəyin yanında əlbətdə ki, özümü kraliça kimi hiss edirəm. O məni yaşadır və hər gün istəyirəm ki, gözəl olum. İstəyirəm ki, həyatımı gözəl yaşayım. Gözəllikləri özüm üçün yaradım. Buna da haqqım var”.
İfaçı bildirib ki, xəsis insanları sevmir:
“Simic insanları sevmirəm. Burada söhbət puldan getmir. Pula xəsis olan kişi hər şeyin xəsisliyini edir. İnanın ki, o həm sənə verdiyi zamanın, sevginin, xoşbəxtliyin də xəsisliyini edir. Ona görə mənə belə insanlar lazım deyil”.
Proqramın aparıcısı Nanə Ağamalıyevanın “Xatun toy olacaq?” sualına X.Əliyeva “Sözün düzü, toya ehtiyac yoxdur. Mıni sevən insan məni yaşadacaqsa sonu da elə toyla olacaq. Yəni ciddiləşəcək”.
Qeyd edək ki, Xatun illər əvvəl bir dəfə evli olub. Onun bu nikahdan Adil adlı bir oğlan övladı var.