Paytaxtın Yasamal rayonu, Xıdır Mustafayev küçəsində avtomobillərin parklanmasına mane olmaq üçün süni maneələr yaradılıb.
Bu barədə psixoloq Gülnar Orucova məlumat verib.
Belə ki, ərazidə yaşayan sakinlər küçənin sağ və sol hissəsinə müxtəlif ölçülü mişar daşları düzüblər. Bu isə yaxınlıqda yerləşən hündürmərtəbəli binanın sakinlərinin avtomobil saxlamaq üçün yer tapmasına mane olur. Nəticədə ərazidə uzun tıxaclar yaranır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Qurumdan bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçiriləcək və zəruri tədbirlər görüləcək. (bizim.media)