"Mançester Siti" "Real Madrid" ilə cavab oyununa ulduz futbolçusu olmadan çıxa bilər.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın XXV turunda "Nyukasl"a qarşı matçın 87-ci dəqiqəsində Erlinq Haaland dizindəki ağrılar səbəbi ilə yerə uzanıb. Norveçli oyunçuya həkimlər tərəfindən ilk müdaxilə meydanda edilib. Daha sonra Haaland Mateus Nuneslə əvəzlənib.