AZ

ABŞ-ın qoşunlarını Baltikyanı ölkələrdən çıxara bilər

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə danışıqlar fonunda Amerika qoşunlarını Baltikyanı və Qərbi Avropadan çıxara bilər.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazır.

 

Nəşr qeyd edir ki, gələcəkdə Amerika qoşunları daha da qərbə köçürülə bilər və bunun nəticəsində “Avropa İttifaqı Rusiya ordusu qarşısında zəifləyəcək”.

 

Nəşr vurğulayır ki, ABŞ Avropa dövlətlərinin güvənə biləcəyi müttəfiq hesab olunmaqdan əl çəkib.

 

Bundan əvvəl Şimali Atlantika Alyansının Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqon ABŞ-ın öz qoşunlarını Avropa İttifaqından qismən çıxara biləcəyini, lakin NATO-nu tamamilə tərk etmək ehtimalının olmadığını bildirmişdi.

 

O, həmçinin ABŞ-ın prioritetlərinin dəyişməsi səbəbindən Aİ-nin müdafiə xərclərini artırması ilə razılaşıb.

 

Fevralın 14-də ABŞ-ın vitse-prezidenti J.D.Vansın Münhen Təhlükəsizlik Konfransında Amerika qoşunlarının “əhəmiyyətli hissəsinin” Avropadan çıxarılmasını elan edə biləcəyi bildirildi. NATO ilk addım kimi ABŞ-ın 82-ci Hava Desant Diviziyasından qoşunlarını çıxara biləcəyini gözləyir.

 

Bundan əvvəl İsveçdə Avropanı ABŞ qoşunlarının mümkün çıxarılmasına hazırlaşmağa çağırmışdılar.

 

Nigar

 

Seçilən
110
50
oxu24.com

10Mənbələr