Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Sabirabad Dövlət Sosial – İqtisadi kollecində “Konstitusiya və suverenlik ili” çərçivəsində tədbir keçirmişdir.
Tədbir də ilk öncə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.
Tədbirdə çıxış edən, YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə, Mirqiyam Məmmədov, Sabirabad Dövlət Sosial – İqtisadi kollecin direktor müavini Ülviyyə Şixəliyeva, kollecin müəllimi Nigar İsmayılova, kollecin tələbəsi Gülüstan Ağayeva bildiriblər ki, Ulu Öndərin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət olduğunu təsdiqlədi, insan hüquqları və azadlıqlarını əsas prinsiplər kimi müəyyən etdi, hakimiyyət bölgüsünü (qanunvericilik, icra və məhkəmə) hüquqi çərçivəyə saldı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipini təsbit etdi. Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi əsasını formalaşdırdı və ölkənin gələcək inkişaf istiqamətini müəyyən etdi. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin qurduğu hüquqi dövlətçilik təməli və müstəqil siyasət xətti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycanın Konstitusiyası və hüquqi islahatlar dövlətin güclü idarəçilik sistemini formalaşdırırdı, Ərazi bütövlüyü bərpa edildi və suveren dövlət olaraq beynəlxalq arenada gücləndi, iqtisadi, hərbi və diplomatik sahələrdə müstəqil siyasət aparılaraq Azərbaycanın qlobal mövqeyi möhkəmləndirildi.