1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hollivud ulduzu Nikolas Keycin keçmiş həyat yoldaşı Kristina Fulton onların birgə oğlu Uestonun silahlı hücumuna məruz qaldığını və qəddar şəkildə döyüldüyünü deyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "People" nəşri xəbər verib.
Bildirilir ki, qadın mübahisənin Nikolas Keyc üstündə olduğunu iddia edib. 34 yaşlı Uestonun silahlı hücumu nəticəsində qadın beyin silkələnməsi, çoxsaylı qançırlar, göz və diş zədələri alıb, həmçinin postravmatik stress pozuntusundan əziyyət çəkir. Ancaq buna baxmayaraq, araşdırmalardan sonra Ueston sərbəst buraxılıb.
Hadisə 2024-cü ildə baş verib. Kristina Fulton iddia edir ki, Keycdən olan oğlu psixi pozuntulardan əziyyət çəkir və zorakılığa, eləcə də qəddarlığa meyllidir.
O həmçinin qeyd edib ki, Nikolas oğlunun problemlərindən xəbərdardır, lakin vəziyyəti düzəltmək üçün heç bir addım atmır. Əksinə, oğlu ilə birlikdə spirtli içki qəbul edir və Ueston polisə düşdüyü hallarda hər dəfə onun üçün girov pulu ödəyir.






