Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-nin faydalı qazıntılar üzrə təklif etdiyi sazişdən imtinası barədə dedikləri yalandır.
Ölkə.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
"O dedi: "Əlbəttə ki, biz bu sövdələşməni etmək istəyirik, bunun mənası var. Sadəcə, qanunvericilik prosesindən keçməliyəm". Onlar bunu təsdiq etməlidirlər. İki gün sonra oxudum ki, Zelenski sövdələşməni rədd etdiyini deyib: “Biz bunu heç bir halda etməyəcəyik”. Amma həmin görüşdə hər şey başqa cür idi”, - o qeyd edib.
Eyni zamanda, "Axios" Amerika və Ukrayna rəsmilərinə istinadən yazır ki, ABŞ Ukraynaya mineral ehtiyatlar üzrə təklifini dəyişərək, ona “əhəmiyyətli təkmilləşdirmələr” edib. Qeyd olunur ki, sazişin yeni variantı Ukrayna qanunvericiliyinə uyğundur və Ukrayna tərəfini maraqlandıran bəzi bəndlər, o cümlədən əməliyyatın Nyu-York məhkəməsinin yurisdiksiyasında olması faktı çıxarılıb.
Mənbənin sözlərinə görə, Zelenskinin bir neçə köməkçisi “Trampla növbəti toqquşmaların qarşısını almaq və ABŞ prezidentinə ABŞ-nin Ukraynaya davamlı dəstəyinə haqq qazandırmaq imkanı vermək” üçün onu yenilənmiş sazişi imzalamağa çağırıb.