Avropa İttifaqı Rusiyaya qarşı şəxsi sanksiyaları genişləndirərək siyahıya 48 fiziki şəxs və 35 təşkilatı əlavə edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Aİ-nin 16-cı sanksiyalar paketinə 13 Rusiya bankının SWIFT-ə girişinə qadağa olunması da daxildir.
Bundan əlavə, yeni məhdudiyyətlər arasında Rusiyadan ilkin alüminiumun idxalına qadağa, eləcə də səkkiz Rusiya media orqanının Avropada yayımına qadağa yer alıb.
11:36
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.