Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədi
Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib. Avropa İttifaqı Rusiyaya qarşı şəxsi sanksiyaları genişləndirərək siyahıya 48 fiziki şəxs və 35 təşkilatı əlavə edib. Aİ-nin 16-cı sanksiyalar paketinə 13 Rusiya bankının SWIFT-ə girişinə qadağa olunması da daxildir.Bundan əlavə, yeni məhdudiyyətlər arasında Rusiyadan ilkin alüminiumun idxalına qadağa, eləcə də səkkiz Rusiya media orqanının Avropada yayımına qadağa yer alıb.