AZ

Elçin Səmədli Niderland - Portuqaliya matçına təyinat aldı

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli Avropa çempionatının əsas mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Elçin Səmədli futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin çərçivəsində keçiriləcək Niderland – Portuqaliya oyununun hakim-inspektoru olacaq. O, martın 12-də isveçrəli hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək. 7-ci qrupda yer alan komandaların görüşünü Daniel Matkoviç, David Şaerli və Emanuele Karbala idarə edəcəklər.

Seçilən
205
1
arena.az

3Mənbələr