AZ

Fransa səfirinin bəyanatları regionda gərginliyi artırmağa xidmət edir– ÖZƏL

"Fransanın Ermənistandakı səfiri özünü diplomat kimi deyil, Emmanuel Makronun ruporu kimi aparır. Onun ifadələri regionda vəziyyəti gərginləşdirməyə və Fransanın Ermənistandakı ağalığını gücləndirməyə xidmət edir. Fransa səfiri bilərək belə ifadələr səsləndirir ki, İrəvanda qorxu ab-havası olsun". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"O istəyir ki, Azərbaycanla müharibədən qorxan Ermənistan hakimiyyəti Fransadan daha da asılı vəziyyətə düşsün. Cəmiyyətin, hakimiyyətin, siyasətin bir çox radikal qüvvələri müharibədən tez-tez danışırlar. Lakin Ermənistan xarici kəşfiyyat orqanının bir müddət əvvəl açıqladığı sənədlərdə Azərbaycanla müharibə təhlükəsinin çox zəif olduğu və Azərbaycanın Ermənistana hücuma hazırlaşmadığı ifadə edilmişdi. Cənab Prezident də başda olmaqla ölkə rəsmiləri tez-tez vurğulayırlar ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyüylə heç bir problemi yoxdur. Ermənistan hakimiyyəti ona himayədarlıq edən ölkələrdən çəkindiyi üçün sülh müqaviləsinə hələ yanaşmırlar. Səfirin bəyanatlarından istifadə edərək sanki müharibə varmış kimi görüntü ortaya qoymaq istəyirlər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
139
43
olaylar.az

10Mənbələr